İnsanlara hürriyət, millətlərə istiqlal!

Marko Curiç Ceyhun Bayramovla konfransda HƏYƏCAN TƏBİLİ ÇALDI: “Vəziyyət çox çətindir”

“Balkankardakı siyasi vəziyyət çox çətindir”.

Bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında APA-nın sualına cavabında bildirib.

Nazir deyib ki, Serbiya müstəqilliyini qoruyub saxlamağa çalışır: “Təəssüflər olsun ki, Ukraynadakı müharibə Balkanlara da öz təsirini göstərir. Bundan bir neçə il əvvəl Balkanlarda da siyasi vəziyyətin dəyişməsinə cəhdlər edilmişdi. Biz beynəlxalq hüququn müddəalarına hörmət göstəririk. Və Kosovoda serbiyalı əhalinin hüquqlarına hörmət göstərilməsinin tərəfdarıyıq”.

Curiç Kosovoda serbiyalıların hüquqların pozulduğunu vurğulayıb: “Rusiya, Çin və digərləri bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Amma yerlərdə insanların çətinliyinin şahidi oluruq. Hətta ən çətin məsələlərdə belə biz dinc yolla həll tapmağa çalışırıq”.

XİN başçısı azərbaycanlıların ötən 30 il ərzində yaşadıqları çətinliklərdən xəbərdar olduğunu da diqqətə çatdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR