İnsanlara hürriyət, millətlərə istiqlal!

Mark Zukerberqi kim döyüb? - İş adamı üzündə sıyrıqlar olan selfi paylaşıb

Amerikalı milyarder Mark Zukerberq Instagram-da üzündə qançırlar və “fikir dartışması bir az nəzarətdən çıxdı” şərhi ilə selfi yayımlayıb.

Bu qeyd Zukerberq və İlon Musk arasında iddia edilən döyüş haqqında şayiələrə səbəb olub. Qeyd edək ki, onların arasında X-a rəqib olan "Threads" proqramının buraxılması ilə bağlı onlayn mübahisələri olub.

Mask "qəfəs döyüşü üçün" hazır olduğunu söyləyib. Tərəflər hətta yer barədə də razılığa gəliblər - Las-Veqasdakı səkkizbucaqlı döyüş məkanı. Lakin Maskın anası bu döyüşə qarşı çıxıb və onu ləğv edib.

Bundan əvvəl mətbuatda İlon Maskın Mark Zukerberqi döyüş üçün görüşə dəvət etdiyi barədə məlumatlar yayılmışdı. Milyarder bu dəfə döyüş yeri kimi Zukerberqin evini təyin edib.

Bununla belə, Mark Zukerberq üz-gözünün halı barədə heç bir açıqlama verməyib və hələ də bilinmir ki, bu, hansı "fikir dartışması"nın nəticəsində bu hala düşüb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR