İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən AZAD EDİLDİ

Gənclər və İdman Nazirliyində kadr dəyişiklikləri həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu dəyişikliklər çərçivəsində nazir müavinlərindən biri vəzifəsindən azad olunub.

Musavat.com-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, vəzifəsindən azad edilən nazir müavini Mariana Vasilevadır.

Onun adı ilə bağlı illər ərzində müxtəlif qalmaqallı məlumatlar internet resurslarında yer alıb.

Son vaxtlar isə Azərbaycandan kənar informasiya məkanında da onun haqqında bəzi iddialar və ittihamların yayıldığı diqqət çəkir.

Gənclər və İdman Nazirliyinin bu qərarı, qurumun adının şəffaflaşması və etibarlılığının artırılması istiqamətində atılmış bir addım kimi qiymətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR