İnsanlara hürriyət, millətlərə istiqlal!

Maradonanın oğlu Kvaratsxeliyadan danışıb

“Napoli”nin əfsanəvi hücumçusu Dieqo Maradonanın oğlu gürcü futbolçu Xviça Kvaratsxeliyanın İtaliya klubundakı oyununu dəyərləndirib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, “Xviça güclü oyunçudur. O, yüksək oyun keyfiyyətinə, şəxsiyyətə və gələcək inkişaf üçün imkanlara malikdir. Əminəm ki, o, daha da yaxşı oynayacaq. Atam bu kollektivlə fəxr edər, sinəsini qabağa verib yeriyərdi. Buna heç bir şübhəm yoxdur. Mən onun “Napoli”ni göydən izləyərək həzz aldığını düşünürəm”, – deyə kiçik Dieqo Armando Maradona bildirib.

Qeyd edək ki, Kvaratsxeliya bu ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur. Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR