İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqdeburq teraktı Şoltsu “vurub” – Kansler reytinqinə görə 18-ci yerə düşüb

Almaniyanın Maqdeburq şəhərindəki terror aktından dörd gün sonra ictimai rəyi araşdırma institutu INSA hadisənin Almaniya ictimaiyyətinin əhval-ruhiyyəsinə təsiri ilə bağlı sorğunun nəticələrini dərc edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bundestaqa növbədənkənar seçkilər ərəfəsində kansler Olaf Şolts alman siyasətçilərinin reytinqində beşinci yerdən 18-ci yerə enib.

Xatırladaq ki, hələ 2006-cı ildə Almaniyadan sığınacaq almış və buna görə də artıq Almaniya vətəndaşlığına malik Səudiyyə Ərəbistanından olan miqrant icarəyə götürdüyü avtomobillə Şərqi Almaniyanın Maqdeburq şəhərində Milad bazarının ərazisinə daxil olub. O, avtomobili qəsdən toplaşan, çoxu uşaqlı vətəndaşlara yönəldib. Nəticədə biri 9 yaşlı uşaq olmaqla 5 nəfər həlak olub, 288-dən çox insan yaralanıb. Daha sonra səudiyyəli maşından düşüb və əllərini arxasına qoyaraq asfalta uzanıb. Onun xaotik məzmunlu vida məktubu tapılıb. Görünür, sağ qalacağını gözləmirmiş.

Maraqlıdır ki, terror aktı Berlində Milad bazarında cihadçıların hücumundan təxminən düz 8 il sonra baş verib.

Səudiyyəli həkimin özü şiddətə meyilli qeyri-sabit şəxs kimi tanınırmış. O, artıq Almaniyada üç dəfə cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, özünü cihadçı kimi göstərməyib, əksinə, qadınların hüquqlarını müdafiə edib və Almaniyaya miqrasiyanı məhdudlaşdırılmasının tərəfdarı olub. Buna görə də Almaniya hakimiyyəti onu Ər-Riyada təhvil verməkdən imtina edib.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 50 yaşlı Taleb A. (Almaniya mətbuatı onu belə adlandırır) özünü psixiatr kimi təqdim etsə də, teraktdan sonra onun sənədlərinin saxta olduğu üzə çıxıb.

Müstəntiqlər onun islamçılarla əlaqəsinə dair heç bir əlamət tapmadılar və ilkin olaraq alman mediası Talebin “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə yaxın əlaqələri haqqında yazıb. Bu, sağçı populistlərin təxribatına işarədir. Hesab olunur ki, Şərqi Almaniyada sağ populizmin qalası sayılan Maqdeburqda törədilən terror aktında bu partiya ilə Talebin əlaqələri məlum olarsa, bu, AfD-nin mövqeyini zəiflədəcək.

AfD terror hücumundan miqrasiya əleyhinə kütləvi nümayişlər keçirmək üçün istifadə edib. Lakin sorğunun nəticələri göstərir ki, Maqdeburqda baş verənlər partiyaların reytinqinə o qədər də təsir etməyib. Mühafizəkar blok CDU/CSU hələ də 31%-lə liderdir. üçüncü, AfD 19,5% ilə ikinci, Sosial Demokrat Partiyası (SPD) 16% ilə üçüncü pillədədir. “Yaşıllar”, əvvəlki sorğularda olduğu kimi, 12,5% səslə dördüncü yeri tutur. Bu partiyalar Almaniyanın gələcək siyasi mənzərəsini müəyyən edəcək.

Terror aktı ilk növbədə siyasətçilərin reytinqinə təsir edib. Ən çox uduzanlar arasında ictimaiyyətin günahlandırdığı Olaf Şolts və onun daxili işlər naziri Nensi Feser də var. Şolts indi 5-ci yerdən 18-ci yerə düşüb.

CDU/CSU lideri Fridrix Merz altıncı yerdədir. AfD-nin həmsədri və kansler postuna namizədi Alis Veydel reytinqdə 17-ci yerdən 14-cü yerə yüksəlib. Siyasətçilərin reytinqinə Bavariyanın baş naziri Markus Zöder başçılıq edir.

A.Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR