İnsanlara hürriyət, millətlərə istiqlal!

Mansur Talıblı işdən çıxıb

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri şirkətdən ayrılıb.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, “Azmikroinvest”in İdarə Heyətinin sədri Mansur Talıblı vəzifəsini tərk edib. Hələlik onun yerinə hər hansı təyinat olmayıb.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl isə BOKT-un hüquqşünası vəzifəsini icra etmişdi.

Xatırladaq ki, “Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR