İnsanlara hürriyət, millətlərə istiqlal!

Mandelanın nəvəsi həbs edildi

Polis demokratik Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsini avtomobil oğurluğunda əli olmaqda şübhəli bilinərək həbs edib.

“Report” xəbər verir ki, bu barədə yerli “EWN” radiostansiyası məlumat yayıb.

Belə ki, Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda Mandelaya məxsus və sonra onun ailə üzvlərinə keçmiş malikanənin ərazisində aşkar edilib.

Yohannesburq polisinin sözçüsü Ksolani Fila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib. Yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.

Oğurlanan avtomobil taksi sürücüsünə məxsus olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR