Onlayn ictimai-siyasi qəzet
“Mançester Yunayted” futbolçusu Aaron Van-Bissakanı “Barselona”nın oyunçusu Serjinyo Destlə dəyişmək istəyir.
Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. "Qırmızı şeytanlar" artıq transferlər haqda Kataloniya klubuna təklif də göndərib.
24 yaşlı Van-Bissaka 2019-cu ildə "Kristal Pelas"dan 55 milyon avroya "Mançester Yunayted"ə keçib. Müdafiəçi o vaxtdan bəri 126 oyunda 2 qol vurub və 10 qolun ötürməsini verib. Aaron və "Mançester Yunayted" arasındakı müqavilə 2024-cü ilədəkdir.
21 yaşlı Dest isə 2020-ci ilin oktyabrında "Barselona"ya gəlib. Müdafiəçi komandanın heyətində 72 oyunda 3 qol vurub və 4 qolun ötürməsini verib. Serjino ilə La Liqa təmsilçisi arasındakı müqavilə 2025-ci ildə qədər nəzərdə tutulub. Müdafiəçi “Ayaks”da oynayarkən “Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında çıxış edib.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ