Onlayn ictimai-siyasi qəzet
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Cek Qrilişin evi qarət olunub.
Soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.
Məlumata görə, hadisə Premyer Liqanın 19-cu turunun "Everton" - "Mançester Siti" matçı zamanı baş verib.
Axtarış işlərində helikopterlərdən və polis itlərindən də istifadə edildiyi bildirilib.
Xatırladaq ki, Cek Qrilişi 2021-ci ilin avqust ayında "Aston Villa"dan "Mançester Siti"yə transfer olub.
28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 21 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib./BAKU.WS
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ