Onlayn ictimai-siyasi qəzet
Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,59 bənd təşkil edib.
Musavat.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,13 bənd (3,7%) çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,83%) azdır.
Belə ki, bu ilin sentyabrın 1-də manatın dövretmə sürəti 3,46 bənd, ötən ilin noyabrın 1-nə isə 3,62 bənd təşkil etmişdi.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ