İnsanlara hürriyət, millətlərə istiqlal!

Mamicanyan Zəngəzur dəhlizindən DANIŞDI

“Ermənistanın suverenliyi müzakirə mövzusu deyil. Eyni şey onun dövlət sərhədlərinə də aiddir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir qəribə açıqlama yerli müxalifətçi deputat, revanşist siyasətçi Ayk Mamicanyandan gəlib.

“Bütün regional kommunikasiyaların açılacağı təqdirdə “Zəngəzur dəhlizi”nin təhlükəsizliyini kim təmin etməlidir? Bu sualı mənə yox, müvafiq kağıza imza atan şəxsə verməlisiniz. Mən orada yazılanları demirəm. Sadəcə deyirəm: bir şeyi yazmadan və ya imzalamadan əvvəl hər şeyi diqqətlə oxumaq lazımdır. Ölkənin faktiki liderinin (Paşinyanın) imza üçün verilən hər şeyi imzalamaq kimi bir pis vərdişi var”, - deyə Mamicanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR