İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyi 48 MİLYONLUQ artıq ödəmə aşkarladı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2023-cü ilin birinci yarısında dövlət büdcəsindən vəsait alan 72 təşkilatda nəzarət tədbirləri həyata keçirib.

Maliyyə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bu dövrdə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluq və hüquq mühafizə orqanlarından Nazirliyə daxil olmuş məktub və qərarların icrası ilə bağlı işlər təşkil edib.

Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 milyard 205,3 milyon manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 milyon 663,6 min manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlamalar nəticəsində həmin təşkilatlarda 48 milyon 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 milyon 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR