Onlayn ictimai-siyasi qəzet
İsrail Tehrandakı "çox vacib" hədəflərə hücum etmək və İranın Fordodakı nüvə obyektlərinə "diqqət yetirmək" niyyətindədir.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Kats çıxış edib.
N12 telekanalın yaydığı məlumata görə, Katz deyib: "Bu gün biz Tehranda çox mühüm hədəflərə hücum edəcəyik. Fordo da diqqət yetiriləcək bir məsələdir."
Qeyd edək ki, MAQATE İranın Natanz nüvə obyektində yeraltı qurğularda zədələnmə olduğunu elan edib. Fordo-ya zərbələr İranın bu nüvə mərkəzində də təhlükəli zədələnmələrə səbəb ola bilər.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ