Onlayn ictimai-siyasi qəzet
Malidəki rusiyapərəst qüvvələr vaqnerçilərin ölümünə görə dinc sakinlərdən qisas alıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Bild" yayıb.
Avqustun 25-də Malidə hakim xunta ordusunun Tuareq üsyançılarının nəzarətində olan Tinzouten bölgəsindəki yaşayış məntəqəsinə pilotsuz təyyarə zərbəsi endirilib. Nəticədə 10-u uşaq olmaqla 21 nəfər həlak olub.
Media hücumu Tuareqlərin əli ilə əvvəllər öldürülmüş vaqnerçilərə qarşı qisas aktı kimi təsvir edir.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ