Onlayn ictimai-siyasi qəzet
4 gün əvvəl Zərdabda yola çıxan iribuynuzlu heyvanları vuran sürücü ağır yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü dünyasını dəyişib.
"Xəzər TV" xəbər verir ki, belə qəzalar bir daha magistral yollarda təhlükəsizlik məsələsini aktuallaşdırır.
Sürücülər deyir ki, xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, heyvan sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollara nəzarətsiz ötürməməlidirlər.
Ekspert baş verən bu kimi qəza zamanı kimin məsuliyyət daşıdığına aydınlıq gətirib.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ