Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron cümə axşamı Varşavaya səfər edəcək. Səfərin məqsədi, Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı öz təklifinə dəstək qazanmaqdır.
Musavat.com xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.
Makronun təklifi Koreya modelinə əsaslanır. Bu modelə görə, təmas xəttinə xarici sülhməramlı kontingent yerləşdirilməsi nəzərdə tutulur.
Hərbi ekspert Eli Tenenbaumun sözlərinə görə, təklif olunan missiya beş briqadadan – təxminən 40 min əsgərdən ibarət ola bilər. Varşavanın bu briqadalardan birinə rəhbərlik etməsi ehtimalı var.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ