İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun HƏMAS-a qarşı çıxması müharibəni alovlandırır - DETALLAR

Qabil Hüseynli: “Makron Azərbaycana qarşı terrordan əl çəkməyən Ermənistanı müdafiə edirsə...”

Fransa prezidenti Emmanuel Makron oktyabrın 24-də Qüdsə səfər edib. O, Qüdsdə İsrailin baş naziri ilə görüşüb. Görüşdən sonra iki lider mətbuat konfransında çıxış ediblər. Baş nazir Benyamin Netanhayu çıxışı zamanı bildirib ki, Qəzza əhalisinin yaxşı yaşaması üçün yeganə şərt var, o da HƏMAS-ın yox olmasıdır.

BENYAMİN.jpg (231 KB)

Qeyd edək ki, ABŞ da HƏMAS terrorçularının maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çalışır. Bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.

Adeyemonun fikrincə, bu koalisiyaya təkcə region deyil, bütün dünya ölkələri daxil olmalıdır.

O, bu həftə müttəfiqləri və tərəfdaşları ilə HƏMAS-ın maliyyə şəbəkəsinə zərbə endirmək üçün səylərin necə əlaqələndirilməsini müzakirə etmək məqsədilə Avropaya səfər edəcək.

Ümumiyyətlə, görünən odur ki, ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.

Xatırladaq ki, Emmanuel Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif etmişdi. Makronun və ümumilikdə Qərbin tərəfləri atəşi dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil.

qabil.jpg (172 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, dünyada terrorçu təşkilatlar çoxdur:

“Terroru dəstəkləyən ən ciddi ölkə İrandır. Dediyim terror təşkilatları, başda HƏMAS olmaqla, hamısı İranın yetişdirmələridir. Makron Azərbaycana qarşı təcavüzdə olan, terrordan əl çəkməyən Ermənistanı müdafiə edirsə, onun mübarizəyə çağırışını da diqqətə almaq düzgün olmazdı. Çünki bu adam ilk növbədə öz məqsədini, daha sonra Fransanın məqsədini qoyur. Beləliklə də iki məqsəd üzərində siyasət quraraq fikirlərini ictimaiyyətə çatdırır. Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu buradan görürük, ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibə təklif edir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR