Onlayn ictimai-siyasi qəzet
Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şəraa 7 may tarixində Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.
Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Parisə səfəri çərçivəsində əş-Şəraa Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Mənbənin bildirdiyinə görə, Fransa lideri Parisin “yeni, azad, sabit və suveren” Suriya quruculuğuna dəstəyini bir daha təsdiqləyəcək.
Qeyd edək ki, hələ fevral ayının əvvəlində Makron Əhməd əş-Şəraaya Fransaya səfər dəvəti göndərib.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ