Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa Avropa qüvvələrinin Ukraynaya yeridilməsi ilə bağlı plan təqdim etməyə hazırlaşır.
Musavat.com "Politico"ya istinadən xəbər verir ki, bu təşəbbüs çərçivəsində təxminən 30 min Avropa əsgərinin Ukrayna ərazisində yerləşdirilməsi nəzərdə tutulur. Missiyada əsas rolu Fransa və Böyük Britaniya oynayacaq.
Bu addımla Paris Avropanın zəif olduğu barədə iddiaları təkzib etmək və region ölkələrinin münaqişənin həlli ilə bağlı öz baxışlarını ortaya qoyduğunu nümayiş etdirmək istəyir.
Fransız diplomatlar ümid edirlər ki, Makron Trampı Avropa ilə ticarət əlaqələrinin qorunmasının və qitənin təhlükəsizliyinin ABŞ-ın maraqlarına uyğun olduğunu qəbul etdirməyə nail olacaq.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ