İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan ŞOK ETİRAF - Fransanın qlobal təsiri zəifləyir

Keçən həftə Balidə keçirilən kritik G20 Sammitindən sonra diplomatik səfərlərini davam etdirən Fransa prezidenti Emmanuel Makron Tunisdə diqqətçəkən açıqlamalar verib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Tunisin Cerba şəhərində keçirilən dəyirmi masada çıxış edən Makron Fransanın qlobal təsirinin getdikcə azaldığını etiraf edib.

Xüsusilə Afrikada danışılan fransızcanın təsirinin gündən-günə azaldığını bildirən Fransa prezidenti bunu ölkəsinin müstəmləkəçi keçmişi ilə əlaqələndirib.

Makron Fransanın dünyada əhalisinin azalmasından təəssüfləndiyini bildirib: “Açığını deyim ki, iyirmi-otuz il əvvəlkindən daha az fransızca danışılır. Bu, reallıqdır. Fransız dilinin dünyanı yenidən fəth etməsi lazımdır. Bu, davam etməli olan bir yoldur".

Makron əlavə edib ki, o, fransız dilini universal sülh və demokratiya dilinə çevirməyi planlaşdırır.

Britaniya mətbuatı Fransa liderinin bu sözlərini “çaxnaşma” kimi şərh edib.

Xatırladaq ki, Emmanuel Makron bundan əvvəl Fransanın müstəmləkəçilik siyasətinə görə üzr istəyib. O müstəmləkəçiliyin “böyük səhv” olduğunu deyərək, dünyanı tarixin həmin səhifəsini çevirməyə çağırıb.

Makron Fransanın Əlcəzairdə törətdiyi qırğınları barbarcasına adlandırıb və “keçmişimizlə üzləşərək üzr istəməliyik” deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR