İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Ukraynanı təslim olmağa çağırır?

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə birbaşa əlaqə saxladığını və danışıqları Ukrayna ətrafında yaranmış vəziyyətin həlli üçün yeganə yol hesab etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, ABŞ-ın “CBS News” telekanalına müsahibəsində danışıb.

“Mən həmişə prezident Putinlə müntəzəm müzakirələr aparmaq üçün əlaqə saxlayıram, çünki hesab edirəm ki, qarşılıqlı ünsiyyəti bərpa etməyin ən yaxşı yolu birbaşa kanalı saxlamaqdan ibarətdir”, - Makron qeyd edib.

Mövcud vəziyyətin həlli ilə bağlı sualı cavablandıran Fransa prezidentinin sözlərinə görə, buna ukraynalılar özləri qərar verməlidir.

“Həll yolu tapmağın yeganə yolu danışıqlardır. Mən hərbi variant görmürəm”, - deyə Makron qeyd edib.

Fransa prezidenti Rusiya liderinin Qərbin Rusiyanı məhv etmək istədiyinə dair fikrinə belə münasibət bildirib:

“Biz fransızlar heç vaxt buna can atmamışıq. Üstəlik, bizim mədəni və tarixi baxımdan çox sıx əlaqələrimiz var. Biz həmişə rus xalqına hörmətlə yanaşmışıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR