İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Putinə yenidən zəng etməyəcək, amma Putin ona zəng etsə...

Fransa prezidenti Emmanuel Makron bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün heç bir səbəb yoxdur, lakin Putin özü ona zəng edərsə, telefonu qaldıracaq.

Musavat.com xaici mediaya istinadla bildirir ki, bu barədə Makron "Franceinfo" telekanalında bildirib.

Eyni zamanda, Fransa lideri qeyd edib ki, Rusiya Federasiyası ilə dialoqun bərpası yalnız Ukrayna ərazisində hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq. Makron ümid edir ki, Kiyevin şərtləri ilə bağlı danışıqların vaxtı çatacaq. Fransa liderinin sözlərinə görə, Paris vasitəçilik etməyə hazırdır.

"Əgər Putin mənə nəsə təklif etmək üçün zəng etsə, cavab verəcəm, çünki Fransa həmişə vasitəçi güc olub", - Makron izah edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Olaf Şolts və Fransa lideri Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə əlaqəsinin olmadığı iddia edilən xəbərləri təkzib edərək, onlardan hələlik danışıq təklifinin alınmadığını deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR