İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron parlamentdə çoxluğu qazanmağa ümid edir

Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini respublikanın yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

"Baş nazirin təyinatı bu məsləhətləşmələrdən sonra və onların nəticəsi əsasında baş tutacaq”, - məlumatda bildirilib.

Qeyd olunub ki, E.Makron bu məsləhətləşmələr vasitəsilə parlamentdə ölkənin maraqlarına xidmət edəcək ən geniş və ən sabit çoxluğun formalaşmacağına ümid edir.

Fransa Prezidenti Avropa Parlamentinə seçkilərdə prezident koalisiyasının məğlubiyyətindən sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.

İkinci turun nəticəsi olaraq "Yeni Xalq Cəbhəsi" solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR