İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron müşavirlərindən deyil, “ChatGPT”dən kömək istədi

Fransa Prezidenti Emmanuel Makron süni intellekt çatbotu olan “ChatGPT” ilə danışıb və ondan Aİ-nin texnoloji inkişaf perspektivləri barədə soruşub.

O, öz dialoqunu “Twitter”də yayımlayıb.

“Avropalılar, gəlin qabaqcıl texnologiyalara investisiya qoymağa və əməkdaşlığa davam edək. Biz perspektivli şirkətlərlə ön sıralarda ola bilərik”, - deyə Makron çatbotla dialoqu şərh edərkən bildirib.

Ekran görüntüsündə Makron ChatGPT-dən soruşur: “Bir sözlə, qabaqcıl texnologiyalarla vəziyyət Avropada necədir?”

“Rəqabətədavamlı”, - deyə çatbot cavab verib.

O, fransızların və niderlandlıların texnoloji inkişafın ön sıralarında ola biləcəyini izah edib.

“Avropa rəqabətədavamlıdır, hətta süni intellekt də bunu təsdiqləyir!” - deyə Fransa lideri sözlərini yekunlaşdırıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR