İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Münxendə Paşinyana vəd etdi ki...

Fransa prezidenti: “Dostum, baş nazir Nikol Paşinyanın iştirakı ilə deyirəm ki...”

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxışında Ermənistanı və baş nazir Nikol Paşinyanı dəstəkləməyə davam edəcəyini bildirib. Makronun çıxışının əsas hissəsi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olub, lakin Fransa lideri Cənubi Qafqazdakı vəziyyətə də toxunub. “Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzünün ildönümü olacaq və biz yekun nəticə çıxara bilməsək də, bu ili yekunlaşdırıb bəzi perspektivləri bölüşə bilərik. Təbii ki, çıxışımın əsas mövzusu Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə olacaq, lakin qeyd etməliyəm ki, biz Qafqazda, Yaxın Şərqdə, Afrikada davam edən müharibələri, terrorizmlə mübarizə, nüvə təhlükəsizliyi və digər məsələləri unutmuruq. Bugünkü vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos səpən bir qüvvə olduğunu izah etməkdir . Qafqazın bayaq haqqında danışdığım yeni müstəmləkəçi Rusiyaya qalib gələ biləcəyinə inanmaq olarmı? Bunu dəstəkləməyə və hərəkət etməyə davam edəcəyimiz dostum, baş nazir Nikol Paşinyanın iştirakı ilə deyirəm”. Paşinyan konfrans çərçivəsində Fransa prezidenti ilə ayaqüstü görüşüb. Erməni mediası yazır ki, regionda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

WhatsApp Image 2023-02-19 at 12.25.14 (1).jpeg (46 KB)

Maraqlıdır ki, Fransa prezidenti “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Rusiya və Ukrayna müharibəsi haqda bir qədər fərqli fikirlər söyləyib. Makronun sözlərinə görə, o, bəziləri kimi Rusiyanın “tam məğlubiyyətinə nail olmaq”, “ona öz ərazisində hücum etmək” lazım olduğunu düşünmür. O, əmin edib ki, Parisin “bu heç vaxt mövqeyi olmayıb və olmayacaq”.
Qəzetin yazdığına görə, NATO və Avropa Birliyinə üzv olan Şərqi Avropa ölkələri Rusiyanı məğlub etməyin tərəfdarıdır. Nəşr göstərir ki, bu dövlətlərin liderləri Makronun “Rusiyanı alçaltmaq olmaz” düsturunu dəyərləndirməyiblər.

Fransa liderinin fikrincə, Ukraynanın “Rusiya cəbhəsini sarsıtması və Moskvanı yenidən danışıqlar masası arxasına keçməyə məcbur etməsi” zəruridir. Eyni zamanda, onun fikrincə, tərəflərdən heç biri “tam qələbə qazana bilməyəcək”.

WhatsApp Image 2023-02-19 at 12.25.12.jpeg (39 KB)

Makronun sözlərinə görə, “Ukrayna öz sərhədlərini özbaşına bərpa edə bilməz, çünki müttəfiqlərdən heç biri öz qoşunlarını döyüş meydanına göndərməyə hazır deyil”.

Erməni mediası isə Paşinyan hakimiyyətinin anti-Rusiya meyllənməsinin artmasından narahatdır. Yazılarda xüsusi vurğölanır ki, Ermənistan hakimiyyəti indi əsas ümidini bir neçə avropalı müşahidəçəyə dikib. Hökuməti tənqid edən məqalələrdə “ Avropalı müşahidəçilər gələndə sonra Azərbaycan artıq bizə hücum etməyəcək, Laçın dəhlizi açılacaq və Qarabağ erməniləri rahat yaşayacaq” kimi ironik ifadələr yer alır.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR