İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron indi də Roma papasından mədət umur

Fransa prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Rusiya prezidenti Vladimir Putin, Moskva patriarxı Kirill və ABŞ prezidenti Co Baydenə zəng etməsini istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransanın həftəlik “Le Point” jurnalı məlumat yayıb.

Fransa lideri pontifikdən Ukraynadakı müharibəni dayandırmaq üçün çalışmasını istəyib.

“Bizə ABŞ-ın Ukraynada sülh prosesini irəlilətmək üçün danışıqlar masası arxasına əyləşməsi lazımdır”,-deyə, Emmanul Makron söyləyib.

Dövlət başçısının sözlərinə görə, Papa Baydenə "təsir göstərə bilər", çünki onların arasında "əsl etimad münasibətləri" var.

Fransa prezidenti oktyabrın 24-də Vatikana səfər edib və burada Roma Papası Fransisklə bu ild üçüncü dəfə görüşüb. Onlar hədiyyələr mübadiləsi aparıb, digər məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR