İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makron da, Şolts da Cənubi Qafqaz regionunun real oyunçuları ola bilməz”

“Azərbaycan Rusiya kimi qlobal, Türkiyə və İran kimi regional oyunçuların qonşusudur. Azərbaycan maddi sərvət imkanları güclü, amma ərazisi kiçik, əhalisi çox olmayan ölkədir. Cənubi Qafqazın lideridir. Türkiyənin qardaşı və müttəfiqidir. Transmilli şirkətlərin tərəfdaşıdır. Görünən odur ki, yavaş-yavaş Azərbaycan-Türkiyə İttifaq dövləti yaradılır”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.

AZERR.jpeg (14 KB)

O deyib ki, İranla əlaqələr də normallaşacaq: “Sadəcə İranda sasaniçi qanad gərək zəifləsin. Biz İrana da lazımıq. Çünki Qərb artıq onlar üçün Ermənistandan da təhlükəli sayılır. Rusiyaya da lazımıq biz. Rusiya-Çin-İran-Azərbaycan-Türkiyə oxu qurularsa, nə zamansa bu, anqlosakson hökmranlığını Avrasiyada azaldar. Buna hələ ki, tam resurs yoxdur. Çünki fikirlər də birmənalı deyil. Amma olması ehtimalı çoxdur. O ki qaldı, Paşinyana,  Makron da, Şolts da Cənubi Qafqaz regionunun real oyunçuları ola bilməz. Geosiyasət adlı elm buna yox deyir. Paşinyan da imitasiya edir. O, çox gözəl bilir ki, əvvəl-axır Azərbaycan və Türkiyəyə tabe olmalıdır. Əks halda Ermənistan səadət tapmaz. Avropada da ağıllı adamlar az deyil. Həmin Avropadır, Zelenskiyə qorxma deyib, indi daxilində sağa-sola vurnuxan. Ona görə də Azərbaycan əsas diqqəti bunlara fokuslanmalıdır: birincisi, transmilli şirkətlərlə dərinləşmə, ikincisi Türkiyə ilə qardaşlığın dərinləşməsi, üçüncü, İran və Rusiya ilə ehtiyatlı, amma praqmatik, situativ münasibətlərin qurulması. Bu, Avropadır. Avropa İttifaqı Marşal Planının məntiqi davamıdır. Dominonun bir daşı nə zamansa düşəcək və artıq davamı bəlli”.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu isə Almaniya kansleri Olaf Şoltsun oktyabrın 4-də Prezident İlham Əliyevə zəng etməsi ilə bağlı maraqlı şərh verib. O bildirib ki, Şolts zəng etməklə sanki demək istəyib ki, mən Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm: “Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib. Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi. Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR