İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Çinə görə Avropada tənqid olundu - "Münaqişəyə getməyək" demişdi

Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqını başqalarının münaqişələrinə, xüsusən də ABŞ və Çin arasında Tayvanla bağlı qarşıdurmaya qarışmamağa çağırdığına görə Avropada tənqid dalğasına hədəf olub

Musavat.com Financial Times qəzetinə istinadla xəbər verir ki, adı açıqlanmayan iki yüksək rütbəli diplomat Makronun belə bir çağırışı “həm Avropanın, həm də Ukraynanın ABŞ-la münasibətlərinə xələl gətirəcəyini” və eyni zamanda Aİ-də Çinlə bağlı ümumi mövqeyinin inkişafını çətinləşdirəcək. Onlar əlavə ediblər ki, Makronun sözləri yalnız Çin prezidenti Si Cinpinə fayda verəcək.

Makron Çinə səfərindən sonra verdiyi müsahibədə digər məsələlərlə yanaşı, deyib ki, Avropa İttifaqı "blok düşüncəsinə tabe olmamalı və başqalarının münaqişələrinə cəlb edilməməlidir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR