İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Azərbaycandakı səfiri niyə Bakıya geri qaytarmağa QƏRAR verdi? - İLGİNC AÇIQLAMA

“Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki, Makron nümayişkaranə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür”.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

 elxan.jpg (68 KB)

Ekspert hesab edir ki, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı:

“Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü. Beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib. Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi, Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR