İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makrionkimilər mikrobu”- Parisdən BMT-yə yeni qətnamə

 

İrəvanın BMT diplomatiyasının aşkar iflasa uğramasından sonra Fransa “böyük bacı” obrazına sadiq qalaraq, öz adından qətnamə layihəsi təqdim edir  

Erməni lobbisinin ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasında  “Qarabağdakı humanitar böhranla” bağlı müzakirələrin keçirilməsinə və qətnamə qəbul edilməsinə çalışması haqda ötən gün yazdıqlarımız təsdiqlənir.

“Le Figaro” qəzetinin yazdığına görə, Fransa BMT Təhlükəsizlik Şurasına “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” qətnamə təqdim etməyə hazırlaşır.( haqqın.az).

Ermənistanın avqustun 16-da Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilmədi ki, bu da İrəvanla bərabər Parisdə də ciddi pərtlik yaratdı. Çünki Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Çin və Böyük Britaniya qismən tərəfsiz mövqe sərgiləmiş, ABŞ nümayəndəsi “Laçın yolunun açılmasının vacibliyini vurğulamış”, Rusiya nümayəndəsi isə bu müzakirələrə BMT-nin mühüm tribunasında yeri olmadığını, problemlərin İrəvan-Bakı arasında razılaşdırılımasının vacibliyini vurğulamaqla bərabər, Xankəndi-Ağdam yolunun humanitar məqsədlərlə açılmasına dəstək ifadə etmişdi. Fransa nümayəndəsinin canfəşanlığı isə heç bir nəticə verməmişdi.

1633722342_48982235023_e6038daf74_k.jpg (158 KB)

Ermənistan bu diplomatik uğursuzluğunu ört-basdıq etmək üçün ortaya belə iddia atmışdı ki, guya  Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının xüsusi qətnaməsinin qəbuluna qarşı çıxıb, çünki Vaşinqton belə bir addımın sülh prosesinə xələl gətirə biləcəyindən narahatdır. Lakin ABŞ-ın İrəvandakı səfirliyi bu iddianı dərhal təkzib edərək, Təhlükəsizlik Şurasının üzvlərinə heç bir qətnamə layihəsinin təqdim edilmədiyini bildirdi.

Ermənilər neçə gündür ki, Təhlükəsizlik Şurasındakı məyusluğun acısını(quyruq acısı) yaşayırlar və əsas hədəf kimi Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskini seçiblər. Xüsusilə yuxarıda da qeyd etdiyimiz kimi, Polyanskinin müzakirələrin BMT çərçivəsində deyil, Bakı və İrəvan arasında həllinə tərəfdar olduqlarını və  Xankəndi-Ağdam yolundan istifadənin mümkünlüyü barədə dedikləri ermənilərin “boğazlarında düyün” yaradıb ki, hələ də  Moskvanın mövqeyini “həzm edib, uda” bilmirlər.

ABŞ-dakı erməni lobbisinin əsas mərkəzi sayılan Erməni Milli Komitəsinin(“HAy-Dat”) son günlər Bayden administrasiyasına həm Konqresdən, həm Nümayəndələr Palatasından təzyiqlərin artırması da təsadüfi deyil. Ermənilər Fransanın mövqeyini gücləndirmək üçün hətta  Ağ Evi şantaj etməkdən də çəkinmirlər. Belə ki, məlum və məlun təşkilat(“Hay-Dat”) ABŞ administrasiyasına Qarabağdakı erməni əhalisinə humanitar yardım karvanı göndəməsini, “blokadaya görə məsuliyyət daşıyan” Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiqini istəyib. Ermənipərəst konqresmenlər isə ABŞ hökumətini yenidən Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyə və Azərbaycana hərbi yardımını dayandırmağı nəzərdə tutan “907-ci düzəlişin” tətbiqinə çağırıb. Konqresin Erməni İşləri üzrə Qrupunun həmsədri Frank Pallone başda olmaqla ABŞ-ın Təhlükəsizlik Şurasında qətnamə qəbul etmək çağırışına qoşulublar. 

İrəvanın BMT diplomatiyasının aşkar iflasa uğramasından sonra isə Fransa yenidən “yuyulmamış çömçə”, “böyük bacı” obrazına sadiq qalaraq, təşəbbüsü öz üzərinə götürərək öz adından qətnamə layihəsi təqdim etməyə hazırlaşır.  

Bildirilir ki, prezident Emmanuel Makron BMT-dəki iflasdan sonra erməni diasporasına bağlı ölkə müxalifətinin də təzyiqləri altındadır. Ermənistanın ictimai rəyi də Parisə əvvəlki kimi mötəbər, sözükeçən dövlət kimi baxmır.

21069483_0_48_1601_952_2072x0_60_0_0_08d24ed4f18d7be8860c9c33ad627dba.jpg (90 KB)

Fransanın “bacısının qeyrətinə sahib çıxması” öz işidir. Qətnaməsini ortaya çıxarırsa, etsin. “Laçın günü” ilə bağlı avqustun 26-da keçirilən tədbirdə (yeri gəlmişkən, Fransa  bu tədbirə qatılmamaq üçün Avropa Birliyi ölkələrinin Bakıdakı diplomatlarına təzyiqi heç bir nəticə verməyib)  Prezident İlham Əliyev anti-Azərbaycan “mikrobları”na-yəni  “makronkimilər sinfinə”mesajı da vardı.  Preziden Əliyev deyib ki, Azərbaycana  qarşı aparılan kampaniya, çirkin təbliğat  ölkəmizin qərarlılığına və iradəsinə  təsir edə bilməz: “Bizi yolumuzdan döndərə bilməzlər. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, onlar üçün də, bölgə üçün də yaxşı olar.”

Fransa prezidenti Makronun qatı ermənipərəstliyi və anti-Azərbaycan təbliğatını  dayandırmamasının səbəbləri haqda çox yazılıb. Hələ müharibənin bitməsindən dərhal sonra belə iddialar vardı ki, Makron və ona bağlı biznesmenlərin Kəlbəcərin “Söyüdlü”, Zəngilanın isə “Vejnəli” qızıl yataqlarında maddi maraqları olub. Ermənistanın işğal illərində genişmiqyaslı talan əməliyyatına Fransanın erməni əsilli və ya erməni diasporu ilə əlaqəli iş adamlarını cəlb edildiyi bilinən faktlardır.

Makronun yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması Parisi daha da gözdən salacaq. Ən azı o səbəbdən ki, Fransanın cəhdlərinə baxmayaraq, Rusiya Parisi “uzun burnunu” Moskvanın regional maraqlarına soxduğunun fərqindədir. Bu qətnamənin də keçməsinə çətin ki, imkan verər. 

Makron bütün cəhdlərinə rəğmən son il yarımda heç nəyə nail olmayıb, amma susmaq əvəzinə, yenə də Azərbaycana qarşı oyunbazlıq edir.

Görünür ki, susmaq indi Makron hakimiyyəti üçün qızıl deyil. Azərbaycanın isə Qarabağda görəcəyi işlər çoxdur, bu baxımda təəssüf ki, bir az əsəbimizi, həm də qızıl kimi vaxtımızı  aparacaqlar...    

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR