İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına baltayla hücum etdi

Məşhur müğənni Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazencir həyat yoldaşına baltayla hücum edib.

BAKU.WS xəbər verir ki, Yusuf uzun müddətdir münasibətləri pis olan həyat yoldaşı Seval Bazencirlə görüşmək istəyib. Lakin Seval bunu qəbul etməyib.

Qəzəblənən Yusuf əlinə balta alaraq arvadının evinə gedib. O, içəri girmək üçün balta ilə qapını sındırıb. Daha sonra 5 illik həyat yoldaşına təhqirlər yağdırıb.

Seval dərhal hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə polis əməkdaşları gəlib. Şöbəyə aparılan Yusuf izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Yusufla Seval 2017-ci ildə təmtəraqlı toy məclisi ilə ailə həyatı qurublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR