İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Quliyevin mənzilləri və avtomobili müsadirə olunub

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.

Üzərinə həbs qoyulmuş əmlakların siyahısını təqdim edirik:

1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;

2. "Audi" markalı avtomobil;

3. Bakı şəhərində yerləşən daha bir mənzil.

Bundan başqa "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış 121 min manatlıq mülki iddia təmin olunub.

Qeyd edək ki, Mahiq Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR