İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emrelinin illər əvvəlki bu görüntüsü müzakirələrə səbəb oldu - FOTO

Azərbaycan millisinin hücumçusu və "Dinamo" (Zaqreb) klubunun üzvü Mahir Emreli sosial şəbəkədə yeni paylaşım edib.

Futbolçu instaqram hesabında damağında siqaretlə çəkdirdiyi uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb.

Mahir arxiv şəklinə ingilis dilində "Mənə demə ki, mən bu həyatdan zövq ala bilmirəm" şərhini əlavə edib.

Emrelinin maraqlı fotosu sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub. Onlar idmançının bu görüntüsünü bəyəndiklərini bildiriblər.

BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR