İnsanlara hürriyət, millətlərə istiqlal!

“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!

 

Hazırkı durumda Amerikanın ambisiyası və eqosu kənardan o qədər cılız və gülünc görünür ki, indiyə qədər icad olunan ən kreativ “şən güzgü”lər belə həmin tablonun təsvirində acizdir.

“Pambıqla baş kəsmək” fəlsəfəsinə köklənənlərin, demokratiya, insan haqları və azadlıq mövzularına yalnız öz çıxarları kontekstindən yanaşanların axırı belə də olmalı idi. Necə ki, olub!

Zarafatcıldır Amerika. Macəra doludur Amerika. Hamıya söz verir və...adamın üstündə Allah var, arxasında da dayanır. Sadəcə dağ kimi yox, dərə kimi!

Himayəsinə götürdüyü bütün “uşaq”ları taleyin ümidinə buraxıb. Ona inananlar daim aldanıb. O, həll etməyi deyil, qızışdırmağı sevir. Onun üçün Günəş haradan çıxsa gözəldir. Yetər ki, başqa ölkələr qaranlıq içində qalsın, onların işığından, istisindən maksimum oğurlansın...

Amerika – bu gün dünyanın mütaliə etdiyi ən qorxunc əsərlərin müəllifidir. O, müasir siyasətin Hiçkokudur, Stiven Kinqidir. Son zamanlar ərsəyə gətirdiyi ən oxunaqlı kitab isə verdiyi “tırka”larla yazıq və yaman günə saldığı ölkə haqdadır.

***

İndi isə bizə qəmiş olublar və açıq tələb irəli sürüblər: Tərəfimizdən sülhə doğru ciddi meyllik sezməsələr iki ölkə arasındakı əlaqələri zəiflədəcək (miş-mış-müş)lər.

Hətta araya salıb Zəngəzur dəhlizi ilə bağlı “ağsaqqal” məsləhəti verməyi də unutmayıblar. Ki, nəbadə yol İrandan keçə. “Olmaz!” kontekstində...

Başqa qulluq-zad var? Bəlkə bir mixəkli çay da gəlsin, tiramisu ilə?

Nə danışırsız siz? Haranızla düşünüb danışırsız siz? Kimsiz axı siz? Bu nə ritorikadır? Bu nə tərzdir? Bu nə leksikondur, cənablar? Sülh üçün hər şey edən biz deyilikmi? Sülhü əngəlləyən siz və sizin kimilər deyilmi?

Azərbaycan öz torpağında dəhlizin haradan keçəcəyini səninləmi məsləhətləşəcək? Suveren ərazisində ixtiyari icraatla bağlı kimdənsə icazəmi alacaq? Münasibət quracağı, tərəfdaş olacağı dövlətlərin siyahısını Amerika iləmi razılaşdıracaq?

Gedin, bilirsizmi hara!? Ay sağ ol, elə ora.

Ünvanı tapmasaz, Rino Harniş “konum” atar...


-ec1c591416186612918646487751094.jpg (78 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR