İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstandan ABŞ-ın yeni sanksiyalarına sərt reaksiya: “Yanacaq qiymətləri artacaq”

Macarıstan xarici işlər naziri Peter Siyarto Baydenin gedər ayağında Rusiya və Serbiyanın enerji sektorlarına tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib. Siyarto bu sanksiyaların Mərkəzi Avropa və Avropa İttifaqında yanacaq qiymətlərində ciddi artım riski yaratdığını bəyan edib.

Musavat.com bildirir ki, nazir bu fikirlərini Facebook-da paylaşdığı video müraciətində ifadə edib:

“Prezident seçkilərində ağır məğlubiyyət alan və artıq vəzifədən getməkdə olan ABŞ administrasiyası son dövrlərdə enerji sektoruna qarşı yeni sanksiyalar paketi tətbiq edib. Bu sanksiya paketi Mərkəzi Avropa üçün ciddi çətinliklər yaradır. Gedən ABŞ rəhbərliyinin bu addımı, Mərkəzi Avropada yanacaq qiymətlərində kəskin artıma səbəb ola bilər”.

Siyarto bildirib ki, ABŞ-ın bu sanksiyaları yalnız Rusiya və Serbiya deyil, həm də Avropa İttifaqı ölkələrinin enerji təchizatına ciddi mənfi təsir göstərə bilər. O, Mərkəzi Avropada artıq yanacaq qiymətlərində müşahidə olunan artımın bu cür siyasətlə daha da dərinləşəcəyindən narahatdır.

Macarıstan uzun müddətdir ki, Rusiya ilə enerji sahəsində əməkdaşlıq edir və sanksiyalara qarşı çıxış edir. Siyartonun bu bəyanatı, ABŞ-ın Rusiya ilə bağlı sərt siyasətinin Avropa İttifaqı daxilində bir sıra ölkələr tərəfindən tənqid edildiyini bir daha göstərir.

Mənbə: Macarıstan Xarici İşlər Nazirliyi, Facebook paylaşımı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR