Onlayn ictimai-siyasi qəzet
Macarıstan Ukraynanın azlıqlar məsələsi üzrə 12 mayda keçirilməsi nəzərdə tutulan danışıqları təxirə salıb.
Musavat.com xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Əvvəlki razılaşmaya əsasən, tərəflər Budapeştdə Macarıstan tərəfindən təklif edilən 11 tövsiyənin müzakirəsi üçün ekspert qruplarının yaradılmasını qəbul etmişdilər.
Danışıqlar Ujqorodda keçirilməli idi, və artıq Ukraynanın nümayəndə heyəti ora çatmışdı. Lakin görüşün yeni tarixi haqqında heç bir məlumat verilməyib.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ