İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok iddia! Macarıstanda Ukrayna agentlərinə qarşı kütləvi həbslər – ANBAAN VİDEO

MUSAVAT.COM xəbər verir ki, Macarıstan paytaxtı Budapeştdə Ukraynanın Təhlükəsizlik Xidmətinə (SBU) bağlı olduğu iddia edilən şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Macarıstanın “TEK” – Terrorla Mübarizə Mərkəzinin yayımladığı rəsmi görüntülərdə şəhərin mərkəzində keçirilən əməliyyat anbaan əks olunub.

Kadrlar göstərir ki, xüsusi təyinatlılar avtomobillərin arasında, yolun ortasında şübhəliləri saxlayaraq onları yerə yıxır, daha sonra nəqliyyat vasitələrinə mindirərək ərazidən uzaqlaşdırırlar. Hadisənin şəhər mərkəzində, gündüz saatlarında baş verməsi ictimai diqqəti daha da artırıb.

Macarıstan mediası və bəzi beynəlxalq resurslar bildirir ki, saxlanılan şəxslər Ukrayna xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinir. Bu hadisə SBU-nun mayın 9-da açıqladığı qalmaqallı bəyanatdan sonra baş verib. Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti bəyan etmişdi ki, Zakarpatye vilayətində Macarıstanın hərbi kəşfiyyatına çalışan ilk agentura şəbəkəsini ifşa edib və iki nəfəri həbs edib.

Bu olaydan sonra Budapeşt və Kiyev arasında diplomatik gərginlik daha da artıb. Tərəflər qarşılıqlı olaraq diplomatları ölkədən çıxarmağa başlayıblar. İndi isə Macarıstanın Ukraynanın “cavab əməliyyatı”na başladığı və Budapeştdəki şəbəkəni zərərsizləşdirdiyi ehtimal olunur.

Hadisənin detalları hələlik tam açıqlanmasa da, Macarıstan rəsmiləri bu əməliyyatın ölkənin milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını bildiriblər.

Musavat.com hadisədən yayımlanan video və fotoları təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR