İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Rusiyanın iştirakı ilə Budapeştdə sülh danışıqlarının keçirilməsini təklif edib

Budapeşt bir daha təsdiqləyib ki, Macarıstan-Ukrayna sərhədi Kiyevə silah çatdırılması yeri olmayacaq, lakin Macarıstan Rusiyanın iştirakı ilə sülh danışıqlarına açıqdır.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto mayın 12-də “El Pais” qəzetinə müsahibəsində deyib.

“Bizim Rusiya ilə praqmatik münasibətlərimiz var idi. Müharibənin əvvəlində Baş nazir Orban Prezident Putinlə öz təşəbbüsünü müzakirə etdi. Baş nazir Budapeşti sülh danışıqlarının keçirilməsi üçün təklif etdi. Macarıstan-Ukrayna sərhədinin Kiyevə silah daşınması üçün bir yerə çevrilməsini istəmirik. Macarıstan vasitəsilə silah tranzitinə icazə verməyəcəyik”, - XİN rəhbəri qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR