Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bütün Avropaya ziyan vurur, təkcə Macarıstan bunlara görə təxminən 19 milyard avro itirib, ona görə də Aİ liderləri bu siyasətin davam edib-etməyəcəyini düşünməlidirlər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O xatırladıb ki, Aİ yanvarın 31-dək Rusiyaya qarşı Ukrayna münaqişəsinə görə tətbiq etdiyi sanksiyaları daha 6 ay uzadıb-uzadmayacağına dair qərar qəbul etməlidir. “Son üç ilin rəqəmlərinə nəzər salsaq, görərik ki, Macarıstan sanksiyalara görə təxminən 19 milyard avro itirib”, - deyə hökumət başçısı bildirib.
"İndi sanksiyaların uzadılması məsələsi var, lakin mən əl əyləcini çəkdim və digər Avropa liderlərinə bunun davam edə bilməyəcəyini söylədim", - Orban deyib. O hesab edir ki, Aİ öz məqsədinə çatmayan və yalnız icma ölkələrinin özlərinə ziyan vuran sanksiyalar siyasətinə riayət etməli olub-olmaması məsələsini bir daha diqqətlə müzakirə etməlidir.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ