İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lvbel C5"in həbsxanadan görüntüləri yayıldı - FOTO

Narkotik vasitələrin təbliği ittihamı ilə saxlanılan məşhur rep ifaçısı Lvbel C5 (əsl adı: Süleyman Burak Bodur) həbsxanadan məktub göndərərək dəstək verən insanlara təşəkkür edib və Analar Günü ilə bağlı ürək sözlərini paylaşıb.

Milli.Az xəbər verir ki, Səhnə adı "Lvbel C5" olan və "Havhavhav" adlı mahnısı ilə populyarlıq qazanan repçi bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyi səbəbi ilə həbs edilmişdi. Reper ilk dəfə həbsdə olduğu müddətdə yazdığı məktubla gündəmə gəlib.

"Hər kəsə salamlar. Hazırda içəridəyəm. Sizlər üçün çox darıxıram. Hər kəs üçün çox darıxıram. Dəstək mesajlarınız üçün təşəkkür edirəm. Başda öz anam olmaqla bütün anaların Analar Gününü təbrik edir, əllərindən öpürəm. Diqqət edin. Hörmət və sevgimlə."

Reperin yaxın dostu Asya Əlizadə Lvbel C5-in həbsxanada telefon danışığı zamanı çəkilmiş ilk şəklini sosial media hesabında paylaşaraq bu məktubu da yayıb. Görüntü qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və izləyicilərdən müxtəlif reaksiyalar gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR