İnsanlara hürriyət, millətlərə istiqlal!

“Luys” fondu: Ermənistanda “iqtisadi artım” fonunda çalışanların 30%-nin maaşı azalıb

 

Ermənistanda iqtisadi artımın yüksək templəri şəraitində əhalinin əhəmiyyətli hissəsinin həyat səviyyəsi xeyli dərəcədə aşağı düşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Luys” fondunun hesabatında deyilir.

Verilən informasiyaya görə, real orta əmək haqqı 6,4 faiz, özəl sektorda 9,6 faiz, dövlət sektorunda isə (çalışanların 30%-i) 4% azalıb.

Real əmək haqqının artımı iqtisadiyyatda istehsal olunan məhsulun artımından xeyli geri qalır.

Ekspertlərin bildirdiyinə əsasən, yüksək iqtisadi fəallıq, əslində, bir tərəfdən Rusiyadan əmək və kapital axının gəlməsi, digər tərəfdən isə, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Ermənistan üzərindən aparılan ixracat əməliyyatları ilə bağlıdır.

Lakin bu proseslərə səbəb olan geosiyasi amillər dəyişə bilər və iqtisadi artımın ləngiməsinə səbəb ola bilər.

14,2%-lik yüksək iqtisadi aktivliyi davamlı hesab etmək olmaz. Sənayenin iqtisadiyyatda payı azalır, bu da iqtisadi artımın qeyri-qənaətbəxş “keyfiyyət”indən xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR