İnsanlara hürriyət, millətlərə istiqlal!

Lüks yaxtalarla miqrant qaçaqçılığı - Qiymətlər heyrətamizdir

Egey dənizində super lüks yaxtalarla beynəlxalq miqrant qaçaqçılığı ilə məşğul olan mütəşəkkil cinayət qruplaşmaları xidmətlərinin qiymətlərini 10-15 min avroya qədər artırıblar.

Musavat.com xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı nəşrlərindən olan “Tovima” yazıb. Nəşrın xəbərinə görə, son iki ildə Egeydə Avropa ölkələrinə sığınmaq istəyən qaçqınların sayında 3 dəfə artım var.

Miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkənin Egeydə Yunanıstan və İtaliyaya gedən mühacirlər üçün tarifləri yenilədiyi, gəmilərlə qeyri-qanuni keçid tarifinin 2 min avroya, yelkənli qayıqlarla 3 minə, lüks yaxtalarla isə marşrutdan asılı olaraq 10-15 min avroya qaldırıblar.

yax-2.JPG (46 KB)

Şəbəkənin miqrant qaçaqmalçılığında on milyonlarla dollar dəyəri olan 60-80 metrlik lüks yaxtalardan istifadə etməyə başladığı və bir yaxtada 80-140 qaçqın daşıya bildiyi qeyd olunur. Mühacir qaçaqmalçılığı şəbəkəsinin zaman-zaman milyon dollarlıq yaxtaları batırmaqdan çəkinmədiyi də bildirilir.

Xüsusilə son aylarda Livan və Suriyadan olan varlı mühacirlərin Egeydəki Mikonos, Pilos, Leros, Krit və Simi adalarına getmək üçün lüks motorlu yaxtalara üstünlük verdikləri iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR