İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun Ukraynaya qarşı döyüşmək şərti - "Təcavüz olsa..."

Belarus prezidenti Aleksandr Lukaşenko yalnız bir halda - Ukrayna ərazisindən Belarusa təcavüz olarsa Ukraynaya qarşı ruslarla birlikdə döyüşməyə hazır olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, xarici jurnalistlərlə görüşündə bəyan edib.

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən ruslarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlib xalqımı öldürmək istəsə.... Belə olan halda cavabımız sərt olacaq.Və müharibə tamam başqa xarakter alacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Lukaşenko həmçinin Rusiyanın Belarusun müttəfiqi olduğunu xatırladıb və ölkələrin birgə hərbi qrupu var. “Ancaq buna baxmayaraq, Rusiya heç vaxt Belarusdan Ukraynaya qarşı müharibəyə başlamağı tələb etməyib. Həmçinin Belarus qərb istiqamətində təhlükəsizliyi təmin edir”.

Lukaşenkonun sözlərinə görə, Qərb Belarusu müharibəyə cəlb etmək istəyir və sözün əsl mənasında, bu barədə xəyallar qurur. Lakin bu, Belarusun sərhədlərinin uzunluğunu nəzərə alaraq, cəbhənin daha da 2,5 min kilometr uzanması deməkdir. Bu da Belarus və Rusiya qoşunları üçün vəziyyəti çətinləşdirəcək..

"Düzgün hesablamadır. Amma boş və mənasızdır. Biz sizə o şansı verməyəcəyik. Amma torpağımıza ayaq basmağa cəsarət etsəniz, cavab dəhşətli olacaq. Qərblilər bilirlər, bu, necə və hansı silahla olacaq", - Aleksandr Lukaşenko deyib.

O əlavə edib ki, Belarusda yalnız dinc dövrdə 75 minlik ordusu var. Amma bir neçə mərhələdə, lazım gələrsə, müharibədə onun sayını yarım milyona çatdırmaq olar.

"Müharibə heç kimə lazım deyil. Nə qədər ki, bu gün bu təcavüzün genişlənməsi yoxdur, gəlin sülh danışıqları aparaq", - deyə Lukaşenko bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR