İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Zelenskiyə elə sözlər dedi ki...

Belarus lideri Aleksandr Lukaşenko Ukraynanı Maçuliş aerodromunda A-50 radar təyyarəsinə qarşı “təxribat” törətməkdə suçlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lukaşenko dövlət təltiflərinin və nişanlarının təqdim olunmasına həsr olunan xüsusi tədbirdə Ukrayna prezidenti Vladimir Zelenskini “əclaf” adlandırıb.

“Mən həmişə fikirləşirdim ki, Zelenski öz xalqı üçün çalışır. Lakin o, əclafdır. Bu cür əməliyyatlar başçının razılığı olmadan həyata keçirilmir. Əclafdır ona görə ki, Belarusa hücum etməməsi üçün yalvarır. Mən isə həmişə hücum etməyəcəyimi demişəm. Lakin görünür artıq bizə meydan oxunur. Mən bilirəm ki, amerikalıların əmri ilə bizi müharibəyə sürükləmək istəyirlər - əgər bunu etməklə bizi artıq bütün Avropada gedən müharibəyə sürükləyəcəyinizi düşünürsünüzsə, yanılırsınız”, - Lukaşenko bildirib.

Xatırladaq ki, fevralın 26-da Belarusun Maçuliş hərbi aerodromunda partlayış səsləri eşidilib. Daha sonra Rusiyanın A-50 hərbi təyyarəsinin zədələndiyi barədə məlumat yayılıb. Bu, Rusiyanın əlində olan yeganə radar təyyarə sayılır. “Bypol” təşkilatının rəhbəri Aleksandr Azarovun fikrincə, hadisə Belarus partizanlarının əli ilə törədilmiş ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR