Onlayn ictimai-siyasi qəzet
Son illər Dağlıq Qarabağda baş verən hadisələrin günahı Ermənistan rəhbərliyinin üzərinə düşür.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, özü şəxsən Ermənistan hakimiyyətinə Dağlıq Qarabağı Azərbaycana “geri qaytarın” deyib: "Lakin Ermənistan torpaqlardan əl çəkməmək və onlar üçün döyüşmək qərarına gəldi. Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır”.
Belarus prezidentinin sözlərinə görə, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb, lakin Ermənistanın baş naziri Nikol Paşinyan bundan imtina edərək “mübarizə aparacağını” deyib:
“Hə, döyüşdün, yoruldun. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən inciyirsiniz? Paşinyan özü də etiraf edib ki, bura Azərbaycan ərazisidir. Mən kimdən inciməliyəm? Sən niyə dilini dinc saxlamadın? Deyirəm, cənubdakı “dostumuza” bənzəyirsən. Özünə sahib ol, qədim sivilizasiyaya, qədim ölkəyə rəhbərlik edirsən. Amma bax, görürsən, Qərbə, Avropa Birliyinə getmək istəyinə düşübsən”.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ