İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko nüvə silahından nə vaxt istifadə edəcəyini açıqladı

“Belarusa hücum mütləq nüvə reaksiyasına səbəb olmayacaq, lakin ekstremal vəziyyətdə bu qaçılmazdır”.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

“Əgər Belarus və Rusiyaya qarşı hərbi təcavüz edilərsə, o zaman bütün mübarizə üsullarından istifadə olunacaq. Bunun nüvə qarşıdurması ilə, məsələn, taktiki nüvə silahlarından istifadə ilə başlayacağı da fakt deyil”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, əgər Belarusa Polşa və ya başqa bir Qərb dövləti hücum edərsə, bu, sabah nüvə silahından istifadə ediləcəyi anlamına gəlmir:

“Bir çox başqa üsullar var - diplomatik, güc, adi silahlar, eyni zamanda “Oreşnik” və s. Amma heç kim nüvə düyməsini tutmayacaq”. O, əlavə edib ki, əgər təhlükə həddi yüksəkdirsə, o zaman nüvə silahı da buna görə mövcuddur və istifadə olunmalıdır.

Lukaşenko bildirib ki, “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin 2023-cü ilin iyununda təşkil etdiyi üsyan zamanı nüvə silahı əldə etməyə çalışıb. Belarus prezidenti bəyan edib ki, Rusiya hakimiyyəti hadisələrin belə inkişafına imkan verməzdi.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR