İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Ermənistanın özünə görə haqlı tələbləri var”

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə problemlərdən qaçmağa deyil, nə qədər çətin olsa da, onları həll etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bununla bağlı BELTA agentliyi məlumat yayıb.

Aleksandr Lukaşenko KTMT-nin çətin zamanlardan keçdiyini və sülhün qorunması üçün qüvvələrin, təcrübənin və resursların maksimum səfərbər olunmasının vacib olduğunu söyləyib. KTMT-nin fəaliyyətini qiymətləndirən Lukaşenko qeyd edib ki, təşkilat bəzən konkret problemləri həll etmədiyinə görə haqlı olaraq tənqid olunur.

“Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan tərəfindən haqlı iddialar irəli sürülür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini qınayacaq. Biz KTMT ölkələrinin problemləri ilə ciddi məşğul olmalıyıq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR