İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko dollar və avronu “zəhərli valyutalar” adlandırdı

“Belarus dövləti xarici ticarət əməliyyatları üçün sahibkarlıq subyektlərinin hesablaşmalarının təmin edilməsi ilə bağlı problemlərin öhdəsindən gəlir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə bu məsələ daha çox xarici banklardan asılıdır.

“Vəziyyət daha da mürəkkəbləşib, lakin biz onun öhdəsindən gəlirik. Ancaq bəzi məqamlar var. Mən bunu konkret müəssisələrə gedəndə, onlar kömək istəyəndə hiss edirəm”, - deyə Lukaşenko bildirib.

Belarus lideri bank sektorunun nümayəndələri ilə görüşdə xarici ticarət əməliyyatları ilə bağlı bütün mübahisəli məsələlərə aydınlıq gətirməyi tələb edib. Belarus Prezidenti dünyada ixrac-idxal əməliyyatları üzrə hesablaşmaların 75%-dən çoxu dollar və avronun köməyi ilə həyata keçirildiyini söyləyib.

"Bizim üçün dollar və avro zəhərli valyutalardır", - deyə, Belarus lideri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR