İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda yaşayan azərbaycanlılar qardaş Türkiyə üçün səfərbər oldu- FOTOLAR

Xaricdə yaşayan azərbaycanlılar da qardaş Türkiyəyə yardım üçün səfərbər olublar. 

Musavat.com xəbər verir ki, Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin çağırışı ilə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanıb.

H.Baxşəliyev bildirib ki, həmvətənlərimizin fədakarlığı onu qürurlandırır:

"Londonda da qardaş ölkə üçün səfərbər olmuşuq. Burada yaşayan bütün azərbaycanlılar dəstək üçün əllərindən gələni edirlər. Bu qədər etibarlı, düşüncəli, vətənpərvər bir xalqın nümayəndəsi olduğum üçün qürur hissi keçirirəm. Heç kim qardaş ölkə üçün əlindən gələni əsirgəmir" .

Qeyd edək ki, qardaş ölkəyə isti geyimlərdən əlavə, yastıqlar, yorğanlar, uşaq bezləri və s. göndərilib. Yardım kampaniyası davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR