İnsanlara hürriyət, millətlərə istiqlal!

Llyod Ostin: "Müttəfiqlər Ukraynaya yazda əks-hücuma keçməyə kömək vəd edirlər"

Səkkiz ölkə Ukraynaya Almaniya istehsalı olan “Leopard” tankları verəcək. Bundan əlavə, ABŞ və Çexiya artıq Polşadan alınan əlavə T-72 tankları göndərəcək. Tərəfdaş ölkələr Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcəklər. Müttəfiqlər Ukraynaya yazda əks-hücuma keçməyə kömək vəd edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının növbəti görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Ostin qeyd edib ki, ABŞ, Almaniya və Hollandiya Ukraynanı Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Öz növbəsində Fransa və İtaliya “SAMP/T” hava hücumundan müdafiə sistemlərini təhvil verəcəklər.

Müdafiə naziri vurğulayıb ki, artıq onlarla ölkə tank koalisiyasına qoşulub. Onun sözlərinə görə, Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Hollandiya “Leopard tanklarını”, ABŞ və Çexiya isə digər silahları təhvil verəcək. Digər ölkələr də sursatların tədarükünə kömək etməyə razılaşıblar. Lakin Llyod Ostin bu hərbi yardımın təfərrüatlarını və vaxtını açıqlamayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR